Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə meşə yanğınların söndürməsinı cəlb olunan Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Muğla bölgəsinin Dalaman Hava Limanına çatıb.
Yeniavaz.com xəbər verir ki, burada heyət üzvlərimiz qarşılanıb.
Sabahdan etibarən amfibiya tipli təyyarə yanğınların söndürülməsində iştirak edəcək.
***17:16
Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşüb.
Bu barədə Yeniavaz.com-a FHN-dən bildirilib.