“Netflix” Bakıda film çəkdi, personajlardan biri azərbaycanlıdır - Video


“Netflix” platforması ilə əməkdaşlıq nəticəsində çəkilişlərinin bir hissəsinin Bakıda aparıldığı ABŞ istehsalı olan filmin adı məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov sosial şəbəkə hesabında paylaşım edib.
“Yadınızdadırsa, 2021-ci ildə “Netflix” platforması ilə əməkdaşlıq nəticəsində ABŞ istehsalı olan blokbasterin çəkilişlərinin bir hissəsinin Bakıda aparılması haqda məlumat vermişdik. Nəhayət, həmin layihənin adını açıqlaya bilərik - “The Gray Man” (Boz Adam - red.). Russo qardaşlarının filmidir, baş rollarda Rayan Qoslinq və Kris Evans oynayıb”, - paylaşımda bildirilib.
Onun sözlərinə görə, treylerdəki birinci kadrda arxa fondakı “Alov qüllələri”dir.

İkinci kadrdakı məkan əslində Praqa şəhərində yerləşən Vitkovdakı Milli Abidənin ətrafı olsa da, kənarlarda Azərbayan bayrağı görünür.

O qeyd edib ki, filmin personajlarından biri də azərbaycanlıdır.
Filmin rəsmi treylerini təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top