
Rusiya Prezidenti Vladimir Putin iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək Xəzər sammitində iştirak edəcək.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Plaşdırır”, - Peskov “Putin sammitdə iştirak etməyi planlaşdırırmı?” sualına cavabında deyib.
Kreml nümayəndəsi prezidentin iştirakının üz-üzə olub-olmayacağı sualına müsbət cavab verib.
Peskov Putinin tədbiri çərçivəsində hər hansı ikitərəfli görüşün planlaşdırılıb-planlaşdırılmadığına münasibət bildirməyib:
“Biz sizə xəbər verəcəyik”.
Xatırladaq ki, iyunun əvvəlində Türkmənistanın yeni prezidenti Serdar Berdiməhəmmədov Moskvaya səfər edib. Danışıqlar zamanı o, Putini ölkəyə səfərə dəvət edib, Rusiya lideri dəvəti qəbul edib.
Qeyd edək ki, Xəzəryanı dövlət başçılarının VI Sammiti iyunun 29-da Aşqabadda keçiriləcək.