FHN-dən Goranboydakı sel barədə açıqlama


Dünən axşam saatlarından başlayaraq Goranboy rayonu Ağcakənd qəsəbəsinə gələn sel nəticəsində ətraf evlərə, həyətyanı ərazilərə su dolub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin şəxsi heyəti əraziyə ezam olunub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə FHN-in Aran Regional Mərkəzinin rəis müavini, mayor Ruhan Nəsibov bildirib.

Onun sözlərinə görə, dünəndən başlayaraq Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən köməksiz vəziyyətdə qalan 6 ailəyə köməklik göstərilib və xilas olunub: “Bundan başqa, 6 evdə su çəkmə, lildən təmizləmə əməliyyatları həyata keçirilib. 50-dən artıq evə ziyan dəyib. Hazırda Regional Mərkəzin əməkdaşları tərəfindən suçəkmə və lildən təmizləmə əməliyyatları davam etdirilir”.

Rəis müavini qeyd edib ki, eyni zamanda, sel vaxtı 6 avtomobilə ziyan dəyib: “Bizim əməkdaşlar tərəfindən köməklik göstərilib, ailə ilə birlikdə 6 avtomobil həmin ərazidən götürülüb. Hazırda 20 əməkdaşımız ərazidə işləyir, avtomobillərimiz hadisə yerindədir”.

DİGƏR XƏBƏRLƏR

Top