Buzovna sakini: “Bu boyda hasar tikiləndə harda idilər?” - Video


Xəzər rayonunun Buzovna qəsəbəsinin sakinləri dəniz sahilində qeyri-qanuni hasarlanmadan narazıdırlar.
Yeniavaz.com
xəbər verir, bu barədə “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinin reportajında bildirilib.
Dəniz sahilinin, xüsusən də Abşeron çimərliklərinin hasarlanması, orda şəxsi mülklərin, hotel və restoranların tikilməsi uzun zamandır gündəmdədir. Sonuncu dəfə bir neçə ay qabaq Buzovna camaatı qayaların hasarlanmasına, betonlanmasına etiraz olaraq Prezidentə müraciət ediblər.
“Necə olub tikilib bu? Kim icazə verib bunu tikməyə? Mən bir daş qoyan kimi, gəlirlər ki, bunu niyə qoymusan? Bu boyda hasar tikiləndə harda idilər?”, - Buzovna sakini Baləmi Cabayev bildirib.
Daha ətraflı:

Qeyd edək ki, ötən gün Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayaraq Bakı Şəhər və Xəzər Rayon İcra Hakimiyyətlərinin, kommunal qurumların texnikaları və işçiləri tərəfindən Buzovna qəsəbəsində sahilyanı ərazilərdəki qanunsuzluqların aradan qaldırılmasına başlanıldığı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top