Türkiyədəki meşə yanğınlarında son durum - Video


21 iyun axşam saatlarında Türkiyənin Muğla əyalətinin Marmaris şəhəri ərazisində qeyri-müəyyən səbəblərdən başlayan meşə yanğınları hələ də davam edir.
Yeniavaz.com
xəbər verir ki, aidiyyəti qurumlar yanğını söndürmək üçün çalışırlar.
Təxminən 250 hektar sahədə davam edən meşə yanğınında havadan 20 helikopter və 14 təyyarə, qurudan isə 688 nəfər olmaqla ümumilikdə 1480 canlı qüvvə iştirak edir.
Yanğının mülki əhali üçün təhlükə törətmədiyi bildirilir, lakin bir neçə yerdə ehtiyat tədbirləri görülərək əhali təxliyə edilib.
Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan helikopterlə ərazini mşüahidə edib və öz tapşırıqlarını verib.

DİGƏR XƏBƏRLƏR

Top