Xəbər verdiyimiz kimi, iyunun 22-də Xivə şəhərində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib.
Yeniavaz.com xəbər verir ki, qəbul zamanı özbək incəsənət ustaları ilə söhbət edərkən onlardan birinin papağı Azərbaycan Prezidentinin diqqətini çəkib.
İlham Əliyev sözügedən papğın Azərbaycanda da istifadə olunduğunu bildirib:
"Bu papaqlardan bizdə də var. Xarəzm şivəsi, ləhcəsi Azərbaycan dilinə çox oxşayır. Biz bu papağa Buxara papaq deyirik".