Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonla danışdı


22 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat idarəsindən Yeniavaz.com-a verilən xəbərə görə, nazirlər ikitərəfli gündəliyin aktual məsələləri, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin cari regional vəziyyəti müzakirə edib, bölgədə sülhün təmin edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

DİGƏR XƏBƏRLƏR

Top