Gəncədə yağış suları həyətlərə dolur - Video


Gəncə şəhər Məhsəti qəsəbəsində ( Sevinc qəsəbəsi) sakinlər uzun illərdir yağış sularından əziyyət çəkdiklərini bildiriblər.
Yeniavaz.com
xəbər verir ki, Gəncəyə yağan güclü yağış nəticəsində yağış suları həyətlərə dolub. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara məlumat verilsə də heç bir tədbir görülməyib. Qəsəbə sakinlərinin bildirdiyinə görə, 10 ildən artıq davam edən bu məsələnin həlli müşkülə çevrilib.


Vüqar Nəbiyev, Gəncə
 

DİGƏR XƏBƏRLƏR

Top