Almaniya Baltik dənizində hərbi mövcudluğunu genişləndirəcək.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts deyib. O qeyd edib ki, Litva hakimiyyəti ilə Baltikyanı ölkədə hərbi mövcudluğun uzunmüddətli gücləndirilməsi ilə bağlı daha əvvəl razılıq əldə olunub. Bundan əlavə, onlar Baltik dənizi məkanında hava və dəniz qüvvələrinin yerləşdirilməsi də daxil olmaqla hərbi mövcudluğu artıracaqlar.