İşğaldan azad edilən ərazilərdə ov edənlərə DİN-dən xəbərdarlıq


İşğaldan azad olunan ərazilərdə flora və faunanın mühafizəsi daxili işlər orqanlarının diqqət mərkəzindədir, xüsusi olaraq nəzarət tədbirləri həyata keçirilir. 

Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

Onun sözlərinə görə, həmin ərazilərdə nadir heyvan növlərinin - dağ keçiləri, cüyür, ayı, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, onlara zərər yetirilməsinə icazə verilmir:

“Həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılırlar. O gözəlliyin qorunması, onun artması üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlərlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən polis və Daxili Qoşunların hərbi qulluqçularına müvafiq göstərişlər verilib”.

DİGƏR XƏBƏRLƏR

Top