Paktika əyalətinin informasiya rəhbəri Məhəmməd Əmin Həzifi Əfqanıstanda baş verən zəlzələ barədə yeni açıqlama verib.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, o, 1000 nəfər öldüyünü, daha 1500 nəfərin isə yaralandığını deyib.
Qeyd olunub ki, bu, son iki onillikdə Əfqanıstanda baş verən ən ölümcül zəlzələdir.
Qeyd olunub ki, zəlzələdən sonra rabitə mobil telefon qüllələrinin zədələnməsi səbəbindən məlumat almaq çətindir və ölənlərin sayı daha da arta bilər.
***13:29
Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 920-yə çatıb.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, bunu Taliban rəsmisi - təbii fəlakətlərin idarə olunması nazirinin müavini mətbuat konfransında deyib.
***10:00
Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində azı 250 nəfər ölüb, çoxlu sayda yaralı var.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli rəsmi BBC-yə bildirib.
Qeyd olunub ki, ölənlərin sayı 250-dən çox ola bilər, 150-dən çox adam isə yaralanıb.
Zəlzələ Xost şəhərinin cənub-şərqindən təxminən 44 km aralıda baş verib.
ABŞ Geoloji Tədqiqat Xidmətinin məlumatına görə, səhər saatlarında insanların yatdığı vaxt baş verən zəlzələ 6,1 bal gücündə, 51 km dərinlikdə baş verib.
***09:02
Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində güclü zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, Qətərin "Əl-Cəzirə" telekanalı hökumətdəki mənbəyə istinadən zəlzələ zamanı 50-yə yaxın insanın öldüyünü bildirib.
Mətbuat orqanı daha 65 nəfərin xəsarət alması barədə məlumat yayıb.