Türkiyə rəsmiləri taxıl ixracı ilə əlaqədar Rusiyaya səfər edəcək


Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndə heyəti Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün təhlükəsiz dəhlizin qurulmasını müzakirə etmək üçün bu həftə Rusiyaya səfər etmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə A Haber məlumat yayıb. Telekanalın məlumatına görə, ölkələr bu dəhlizin işini həyata keçirmək üçün generalları təyin edəcəklər. Onun köməyi ilə taxıl ixracı məsələlərinin daha ətraflı müzakirə olunacağı, nəticədə bu prosesin məntiqi yekunlaşacağı iddia edilir.
 

DİGƏR XƏBƏRLƏR

Top