Çinə aid qırıcı təyyarələr Tayvanın hava sahəsini pozub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Departamenti məlumat yayıb. Bildirilib ki, əməliyyatda Çin Xalq Azadlıq Ordusunun J-16 döyüş təyyarələri, H-6 strateji bombardmançı təyyarələri, sualtı qayıqlara qarşı Y-8 təyyarələri və digər təyyarələr iştirak edib.
Tayvan Müdafiə Nazirliyi döyüş təyyarələrini qaldıraraq cavab verdiyini və hava hücumundan müdafiə qüvvələrinin hədəfləri izlədiyini qeyd edib.