Şəhərdə sıxlıq var, avtobuslar gecikir


Vahid Dispetçer Mərkəzinin axşam pik saatlarına olan məlumatına əsasən, Moskva prospektində - Beynəlxalq Avtovağzal Kompleksin qarşısından 20 Yanvar dairəsinə qədər - əsas və kənar yolda nəqliyyat sıxlığı səbəbindən 2, 7A, 13, 14, 18, 37, 65, 67, 83, 92, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar arasında intervallarda 10-18 dəqiqə  gecikmələr müşahidə olunur. Həmin ərazidə hal-hazırda 10-12 ədəd avtobus sıxlıqda qalıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, Tbilisi prospektində 20 Yanvar dairəsinə qədər yoldakı sıxlıq səbəbindən isə həmin ərazidən keçən 2, 7B, 13, 37, 65, 79, 165 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar arasında intervallarda 10-15 dəqiqə gecikmələr müşahidə olunur. Həmin ərazidə hal-hazırda 7-8 ədəd avtobus sıxlıqda qalıb.

DİGƏR XƏBƏRLƏR

Top