DİM bu şəxslərə yenidən imtahan keçirəcək


Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və ya fəlsəfə doktoru imtahanını (ilk 4 blok və ya yalnız dinləmə bloku) yenidən vermək istəyən və 13-16 iyun tarixlərində qeydiyyatdan keçən şəxslər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 7 iyul 2022-ci il tarixində imtahan keçiriləcək.

DİM-dən Yeniavaz.com-a verilən xəbərə görə, imtahandan bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzinin saytında “İmtahana buraxılış vərəqəsi” yerləşdiriləcək. İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əsli və buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.

DİGƏR XƏBƏRLƏR

Top