Bu ilin yanvar-aprel aylarında qeyri neft-qaz sektoru üzrə Azərbaycandan xarici ölkələrə 965,5 min dollar dəyərində mallar ixrac edilib. Azərbaycan əhalisinin 10 milyon 173 min nəfər olduğunu nəzərə alsaq, adambaşına düşən qeyri-neft məhsullarının ixracı 95 dollara bərabər olub.
Yeniavaz.com-un qonşu ölkələrin analoji göstəricilərinə istinadən apardığı müqayisə göstərir ki, bu ilin yanvar-aprel aylarında qonşu Gürcüstanda qeyri-neft məhsullarının adambaşına düşən ixracı 430,1 dollar, Ermənistanda 346,3 dollar, Türkiyədə isə 986,4 dollar olub.
Ümumi ixrac | Əhalinin sayı | Adambaşına düşən ixrac | |
Türkiyə | 83 531 mln. $ | 84 680,3 min nəfər | 986,4 $ |
Gürcüstan | 1 587,5 mln. $ | 3 688,6 min nəfər | 430,1 $ |
Ermənistan | 1 025,7 mln. $ | 2 961,5 min nəfər | 346,3 $ |
Azərbaycan | 965,5 mln. $ | 10 173,2 min nəfər | 95 $ |
A. Cəfərov