Bu gün nə qədər vaksin vurulub?


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1534 vaksin vurulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 210, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 194, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 994, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 136 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 754 921, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 352 473, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 852 425, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 301 750, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 248 273 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top