Ermənistan Parlamentinin müxalif “Mənim şərəfim var” fraksiyasının sədri, “Vətən” partiyasının lideri Artur Vanetsyan deputat mandatnı tərk edib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Siyasətçi bildirib ki, “Vətən” partiyasının şurası fəaliyyətini Ermənistan parlamentindən kənarda davam etdirmək qərarına gəlib.
Vanetsyan müxalif fraksiyaların bütün deputatlarına əməkdaşlığa və keçdiyi yola görə təşəkkür edib.
Eyni zamanda o vurğulayıb ki, həmkarları parlamentdə qala bilər və onun qərarı heç bir halda onları mandatlarını tərk etməyə məcbur etmir.