“Baş nazirin müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində fəal şəkildə praktiki iş aparılır”.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin Minskdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.
“Üçtərəfli işçi qrupunun növbəti iclası Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində keçirilib”, - Mişustin bildirib.
Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 15-18-i keçirilib.