Rusiyalı jurnalist, “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov Nobel mükafatını 103,5 milyon dollara satıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Muratov bildirib ki, əldə olunan vəsait birbaşa “UNICEF”ə Ukrayna müharibəsi nəticəsində evlərini tərk etmiş uşaqlara kömək etmək üçün ayrılacaq.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən iyunun 1-dən onlayn ticarət başlayıb.
Medal telefonla naməlum iddiaçıya satılıb.