Azərbaycana yay fəsli daxil olub

Azərbaycana yay fəsli daxil olub. 
Yeniavaz.com
xəbər verir ki, coğrafi göstəricilərə əsasən, bu gün - iyunun 21-i saat 13:13-də yay fəsli başlayıb.
Bu gün ən uzun gündüz və ən qısa gecə yaşanacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.
Yay fəsli rəsmi olaraq sentyabrın 23-dək davam edəcək.

***10:25
Bu gün Azərbaycana yay fəsli daxil olur.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, yay fəsli (yay günəş duruşu) iyunun 21-i saat 13:13-də ölkəmizə daxil olacaq.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur.
Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.

DİGƏR XƏBƏRLƏR

Top