"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldoya məxsus "Bugatti Veyron" İspaniyanın Mayorka adasında qəzaya düşüb.
Yeniavaz.com “The Sun”a istinadla xəbər verir ki, ailəsi ilə birlikdə Mayorkada tətildə olan Ronaldo qəza zamanı hadisə yerində olmayıb, avtomobili Ronaldonun köməkçisi idarə edib. Sürücü idarəetməni itirərək, ikinci dərəcəli yoldan çıxıb və adanın şimal-qərbində yerləşən yaşayış binasının yanındakı divara çırpılıb.
Avtomobilə xeyli ziyan dəyib, lakin sürücü xəsarət almayıb. O, özünü təqsirli bilib və qəza ilə bağlı protokol imzalayıb.
Qeyd olunur ki, 400 km/saatdan çox sürətə çata bilən avtomobilin qiyməti 1,7 milyon funt-sterlinq (təxminən 3, 55 milyon manat) təşkil edir.
Xatırladaq ki, Ronaldo, ötən mövsüm "Mançester Yunayted"in heyətində 39 oyuna çıxıb, 24 qol vurub və 3 məhsuldar ötürmə edib.