İyulda məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qaydada qəbuluna başlanacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq.
Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda: