Almaniya kansleri Olaf Şolts Almaniya mətbuatına müsahibəsində Rusiya prezidenti Vladimir Putininin qorxularından danışıb.
Yeniavaz.com xəbər verir ki, Şolts Putinin Rusiyada demokratiya qığılcımının yayılmasından qorxduğunu bildirib .
“Buna görə də o, uzun illər NATO və Aİ -ni parçalamağa yönəlmiş siyasət yürüdürdü. O, bölünmüş Avropa siyasətinə qayıtmaq istəyir. O, uğur qazana bilməyəcək", - deyə Şolts qeyd edib.