"Ağalı sakinləri tezliklə evlərinə qayıdacaqlar" - XİN


"Zəngilanın Ağalı kəndinin sakinləri tezliklə öz evlərinə qayıdacaqlar".
Yeniavaz.com
xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tvitterdə yazıb.
“Tezliklə Qarabağdan və digər yerlərdən qaçmağa məcbur edilmiş bir çox ailə 30 il sonra ilk dəfə Ağalıdakı evlərinə qayıda biləcəklər. Bu, işğal zamanı evlərini itirənlər üçün önəmli andır və məhəllələrin yenidən inşasında birinci addımdır”, - deyə, o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top