AMEA üç müəllifin kitabına 15 min manat verir


Azərbaycan Milli Elmlər Akademiyasının tender müsabiqəsinin qalibi “Partek-Co” MMC olub.

Yeniavaz.com xəbər verir ki, AMEA MMC-yə üç müəllifin kitabına görə 15 min 110 manat ödəyəcək.
Belə ki, AMEA 500 ədəd İxtiyar Hüseynlinin “Naxçıvan gerçəklikləri”, 300 ədəd Tehran Əlişanoğlunun “Müxbir üzvün qeydləri” və 300 ədəd Əlizadə Əsgərlinin “Bəxtiyar Vahabzadə (ədəbi-fəlsəfi görüşlər)” kitablarını alacaq.
Qeyd edək ki, “Partek-Co” MMC 17 fevral 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev Rasim İbrahim oğludur.
Məlumat üçün bildirək ki, “Partek-Co”  MMC-nin bu günə olan məlumata görə dövlət büdcəsinə 151 manat 58 qəpik vergi borcu var.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top