Ermənistanda silahlı insident - Ölü və yaralılar var


Ermənistanda silahlı insident baş verib.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, hadisə Araqatsotn rayonunun Niqavan kənd inzibati ərazisində yerləşən poliqonun yaxınlığında baş verib.
Bildirilir ki, iyunun 19-da saat 20:30-da Aparan tibb məntəqəsindən polisə müxtəlif dərəcəli bədən xəsarətləri, o cümlədən güllə yarası ilə 7 vətəndaşın gətirildiyi barədə məlumat daxil olub.
Tibb məntəqəsində yaralılardan birinin özünə gəlmədən dünyasını dəyişdiyi məlum olub. Qalanları İrəvanın “Ermənistan” və “Astqik” tibb mərkəzlərinə aparılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top