Moldovada Rusiyanın xəbər proqramları qadağan edildi


Moldova prezidenti Maya Sandu Rusiyanın proqramlarının yayımını ölkədə qadağan edən qanunu imzalayıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, qanun gələn həftə dərc edildikdən sonra qüvvəyə minəcək. Respublika Televiziya və Radio Şurasının rəhbəri Liliana Vitsu bildirib ki, qanunda "dezinformasiya" anlayışı üçün daha sərt sanksiyalar tətbiq edilib:
“ Yəni, fakt varsa, sübut olunarsa, media yeddi il müddətinə lisenziyadan məhrum edilə bilər”.
Onun sözlərinə görə, hakimiyyət Moldova mediasında ən çox dezinformasiyanın seçkiqabağı dövrdə müşahidə olunduğunu etiraf edərək, Ukraynadakı vəziyyətlə bağlı belə sərt tədbirlər görüb.
Rusiya səfirliyi isə bu qərarı qərəzli və siyasiləşdirilmiş adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top