“Microsoft”dan Rusiya ilə bağlı qadağa


“Microsoft” Rusiyadan olan istifadəçilərə rəsmi internet saytından “Windows 11” və “10”u quraşdırmağı qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Belə ki, mətbuat orqanının əməkdaşı “Microsoft” veb saytından “Windows 11” və “Windows 10”u quraşdırmağa cəhd etsə də, bu, alınmayıb.
Bildirilib ki, şirkətin saytından “Windows 11”i endirmək istəyərkən xəta baş verir və monitorda belə bir yazı görünür:
"Xəta: Sorğunuzla bağlı problem var idi. Yardım üçün “Microsoft”un dəstək əlaqə səhifəsinə daxil olun".
Qeyd olunur ki, VPN istifadə edən zaman yükləmə baş verir. “Windows 10”u yükləməyə cəhd edəndə də buna oxşar hal baş verir.

DİGƏR XƏBƏRLƏR

Top