Agentlik əməkdaşı Cəbrayılda minaya düşdü


İyunun 19- saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Yeniavaz.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top