“NATO sammitinin iştirakçıları Rusiyanı öz təhlükəsizliklərinə təhdid hesab edirlər və bunu növbəti iclasda bəyan edəcəklər”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri “Bild am Sonntag” qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.
"Dünya dəyişirsə, deməli, NATO dəyişir, dünya daha təhlükəli olub. Biz bəyan edəcəyik ki, Rusiya artıq tərəfdaş deyil, təhlükəsizliyimiz, sülh və sabitliyimiz üçün təhdiddir. Sənəddə Çin də qeyd olunacaq. Çünki Çinin yüksəlişi bizim maraqlarımıza, dəyərlərimizə və təhlükəsizliyimizə meydan oxuyur", - Stoltenberq əlavə edib.
Xatırladaq ki, NATO sammiti 28-30 iyunda Madriddə keçiriləcək.