
"Müharibə başlayandan indiyədək Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı beş dəfə sui-qəsd cəhdi olub".
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, sui-qəsd cəhdlərinin hamısı fevralın sonu, martın əvvəllərində törədilib. Təfərrüatları açıqlanmayıb.