
ABŞ Ukraynaya dörd əlavə raket sistemi (MLRS) göndərməyi düşünür.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilib ki, ABŞ Müdafiə Nazirliyi növbəti hərbi yardım kimi Ukraynaya daha dörd reaktiv yaylım atəşi sistemi göndərmək istəyir. Lakin məsələnin müzakirəsi hələlik tamamlanmayıb.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatları artıq Ukraynaya 80 kilometr uzaqlıqdakı hədəfləri vura bilən raket sistemlərinin göndərilməsini təsdiqləyib.