
Ukraynanın daha bir qəsəbəsi Rusiya ordusu tərəfindən tutulub
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Ukraynanın Severodonetsk şəhərinin Metelkino qəsəbəsi Rusiya hərbçiləri tərəfindən ələ keçirilib. Məsələ ilə bağlı danışan Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “Axmat” xüsusi təyinatlı dəstələri ilə Rusiyalı hərbçilərin keçirdiyi hərbi əməliyyatla Metelkinonun tutulduğunu açıqlayıb.