
Çinin cənubundakı Quanqsi-Çjuanq Muxtar Bölgəsində güclü yağışlar nəticəsində azı 4 nəfər ölüb, bir nəfər isə itkin düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb .
Bildirilib ki, Ronşuy-Miao Muxtar Dairəsinin Qudu kəndindəki evlər güclü yağışlar nəticəsində dağılıb, nəticədə 5 nəfər itkin düşüb. Daha sonra 4 nəfərin cəsədi tapılıb. Digər şəxsin isə axtarışı davam edir.
Məlumata görə, iyunun 21-dək Çinin həmin bölgəsində güclü yağış yağacaq.