Mingəçevirdə rekord nəticə - Foto


Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayyülü liseyin məzunu Xəqani Zeynallı ali məktəblərə qəbul zamanı 693 bal toplayaraq şəhər üzrə rekord nəticə göstərib.
Xəqaninin və ailəsinin bu sevincini bizdə bölüşmək üçün onlarla həmsöhbət olduq.

Yeniavaz.com-a əvvəlcə özü haqqında məlumat verən abituriyent qeyd etdi ki, hələ aşağı siniflərdən əlaçı olub:
“İlk olaraq ibtidai sinif müəllimim Jalə müəllimə öz təşəkkürümü bildirirəm ki, bizə yazıb oxumağı, bilik və bacarıqları o öyrədib. Daha sonra 5-11-ci sinfə qədər həmişə şagirdlərinə dəstək olan sinif rəhbərimiz Vüqar Soltanov müəllimə dərin təşəkkürümü bildirirəm. Ümumiyyətlə, bütün bizə əməyi keçən xüsusilə də Kür hazırlıq kursunun müəllimləri və oxuduğum liseyin müəllimlərinə çox sağ olun deyirəm.
Onu da deyim ki, ilk vaxtlar heç bir fənnə xüsusi bağlılığım olmayıb. Lakin ixtisas fənnlərinin təhsilinə baxanda kimya digərlərinə baxanda həm öyrənilməsi daha rahat gəlirdi, həm də gələcəkdə işləməyə daha çox sevdiyim fənn oldu. Təbiət fənnlərinə belə demək mümkünsə marağım var idi. Gələcək arzularım çoxdur. Hədəfim Prezident təqaüdçüsü olmaqdır. Seçimim gələcəkdə kimya mühandisi olmaqdır. Təhsilimi də ingilis dilində almaq istəyirəm”.
Buraxılış imtahanında isə 297.5 balla ölkə üzrə keçirilən imtahanda ən yüksək nəticəni də Xəqani göstərib.
İlk övladlarının bugünkü uğurlarına sevinən ailə Mingəçevirdə tanınan ziyalı ailələrdən biridir. Mingəçevir Dövlət Universitetinin (MDU) təhsil fakultəsinin dekanı Nizami Zeynalov çox qürur duyduğunu deyir:
“Fəxr edirik ki, övladımız yüksək bal toplayıb. 3 övladımız var, Xəqani böyük övladımızdır. Digər iki övladlarım da qardaşları kimi çalışqan və dərs əlaçılarıdır. Övladlarımın 3-də liseydə təhsil alırlar. Fürsətdən istifadə edib liseyin direktoru Aidə müəllimə və pedoqoji kollektivə öz təşəkkürlərimi çatdırıram. Övladlarımın bu gün bu mərtəbəyə çatmasında, təlim-tərbiyəsində onların çox böyük əməyi olub. Şəhər təhsil ictimayyətinin bir nümayəndəsi kimi bütün bu uğurlar üçün prezidentimizə minnətdarlıq bildirirk ki, onun yeritdiyi bu sabit təhsil siyasəti yüzlərcə təhsilli gənclərin yetişməsinə şərait yaradır bu da biz valideyinlərdə bir fəxarət hissi yaradır. Eləcə də şəhərimizin icra başçısı İlham İsmayılov həmişə bu cür gənclərə önəm veriblər, onların təhsili ilə maraqlanıblar. Xəqani təhsildə yüksək nəticələr əldə edərək şəhərimizi təmsil edib. Fənn olimpiadalarda öndə olan Xəqani  ölkə üzrə keçirilən buraxılış imtahanında da ən yüksək nəticəni göstərib. Yəni bu cür gənclərin yetişməyi respublikamız üçün faydalıdır. Gələcəkdə bu cür təhsilli gənclərin yetişməsi ölkəmizin inkişafına bir stimuldur. Nə xoş təsadüfdür ki, 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyümüz bərpa olundu və bu kimi gənclərimiz bu ölkədə təhsil alacaqlar. Seçimimizdə bu olub ki, hələ ki, xarici təhsilə üstünlük vermirik, istiyərik ki, övladlarımız ali təhsil alıb öz ölkəmiz üçün faydalı olsunlar”.

Bir ana kimi övladının bu uğuruna sevinən Şahnaz müəllim də oğlu ilə fəxr etdiyini deyir:
“Bir müəllim və valideyin olaraq bütün şagirdlərimizin uğurları bizi sevindirir. Mən də liseyin ibtidai sinif müəllimi kimi oğlumun uğurlarına sevinirəm. Oğlan övladlarımın hər ikisi hələ balaca yaşlardan idmana da çox böyük maraq göstəriblər. Şahmat birinciləri olub hər ikisi. Onu da qeyd edim ki, aşağı yaşlarından dərslərə fərq qoymadan bütün fənləri mənimsəməyi, bu gündə yüklənmədən əldə etdikləri uğurlar göz önüdədir. Mən bir ana kimi istərdim ki, övladım həkim olsun. Amma onlar seçimi özləri edib. Seçimləri özləri edir. Əsas odur sevdiyi peşənin peşəkarları olsunlar”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top