Teymur Rəcəbov ikinci turda Hikaru Nakamura ilə qarşılaşacaq


İspaniyanın paytaxtı Madriddə iddiaçılar turniri davam edir.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov ikinci turda amerikalı Hikaru Nakamura ilə mübarizə aparacaq. Turun digər oyunlarında Fransa təmsilçisi Əlirza Firuzca macarıstanlı Riçard Rapport, Yan Nepomnyaşi (FİDE) ABŞ-ın digər təmsilçisi Fabiano Karuana, polşalı Yan-Kşıştof Duda çinli Liren Dinq ilə qarşılaşacaq.

Qeyd edək ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

DİGƏR XƏBƏRLƏR

Top