“Zəfər Yolu”nu inşa edən Türkiyə şirkətinin onlarla işçisinin iş icazəsi ləğv olundu


Dövlət Miqrasiya Xidməti Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin Azərbaycandakı filial və nümayəndəliklərində işləyən onlarla işçinin iş icazəsini ləğv edib.
Yeniavaz.com
xəbər verir ki, iş icazəsi ləğv edilən işçilər əsasən "Cengiz Inşaat Sanayii ve Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialında işləyiblər. 
Məlumat üçün bildirək ki, "Cengiz Inşaat Sanayii ve Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialı 21.06.2007-ci ildə dövlət qeydiyyatına alınıb.
Bu günə kimi Azərbaycanda çoxsaylı layihələrin icrasında iştirak edən şirkət hazırda işağaldan azad olunan Qarabağda müxtəlif layihələr icra edir. Bu layhələrdən biri də Şuşaya çəkilən “Zəfər Yolu”nun inşası olub.
"Cengiz Inşaat Sanayii ve Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialında çalışan və iş icazəsi ləğv olunan işçilərin siyahısını təqdim edirik:
- Dilek Süleyman 
- Güney Ertan 
- Şahin Bilal 
- Navadar Mustafa 
- Özdemir Mubin 
- Ozdogan Bilgehan 
- Bakoglu Kazim 
- Asmaci Aydin 
- Baser Burak 
- Salıh Tokdas  
- Nejdet Dınc 
- Necmettin Kaplan 
- Alper Kurtbag 
- Nazmı Ozfırat 
- Kamuray Adem 
- Calıskan Coskun

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top