Miroslav Kloze baş məşqçi təyin olundu


Futbol üzrə Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze Avstriyanın “Altax” komandasının baş məşqçisi təyin olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, Kloze ilə bazar günü rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, 44 yaşlı mütəxəssis daha əvvəl Almaniya millisinin və “Bayern”in məşqçilər korpusunda çalışıb. O, Münhen klubunun U-17 komandasının baş məşqçisi də olub. “Altax” Avstriya Bundesliqasında mübarizə aparır. Bu komandaya son olaraq Lüdovik Maqnin rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top