Azərbaycanda əkizlərin sayı sürətlə artır – Rəsmi


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 40 min 36 körpə doğulub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, yeni doğulan körpələrin 1 144-ü əkiz olub.
Bu göstərici yeni doğulanların 2,9%-ni təşkil edib.
Məlumat üçün bildirək ki, son illər yeni doğulanlar arasında əkizlərin sayı artmaqdadır.
Belə ki, 7 il əvvəl – 2016-cı ilin yanvar-aprel aylarında doğulan körpələrin 1,7%-i əkizlər olub. Sonrakı illərdə bu göstərici davamlı olaraq artıb.
Son 7 ilin yanvar-aprel aylarında qeydə alınan rəqəmləri təqdim edirik:
  Körpələrin
ümumi sayı
Əkizlərin sayı Xüsusi çəkisi
2016 Yanvar-Aprel 52 689 902 1,7 %
2017 Yanvar-Aprel 46 996 836 1,8 %
2018 Yanvar-Aprel 44 540 846 1,9 %
2019 Yanvar-Aprel 44 606 924 2,1 %
2020 Yanvar-Aprel 34 749 912 2,6 %
2021 Yanvar-Aprel 39 728 974 2,5 %
2022 Yanvar-Aprel 40 036 1 144 2,9 %

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top