Çoxmərtəbəli binada yanğın oldu, sakinlər təxliyə edildi


Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 2 m² olan elektrik otağında 60 ədəd sayğac və 4 p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Şaxta boyunca kommunikasiya xətləri və mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top