Merkel istefa səbəblərindən biri kimi Ukraynadakı hadisələri göstərdi


Almaniyanın keçmiş kansleri Angela Merkel Ukraynadakı münaqişənin onun istefa səbəblərindən biri olduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, sabiq Almaniya kansleri bu barədə RND agentliyinə müsahibəsində danışıb. 
“Fransadakı seçkilər, qoşunların Əfqanıstandan çıxarılması və ya Minsk razılaşmasının həyata keçirilməsində çaşqınlıq və Ukraynadakı münaqişələrin başlaması istefa istəyimi gücləndirən hadisələrdir”, - deyə o qeyd edib.
Xatırladaq ki, Angela Merkel sonuncu seçkilərə öz istəyi ilə qatılmadı. Həmin vaxtlar mediada çıxan xəbərlərdə buna əsas səbəb kimi səhhətindəki problemlər göstərilmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top