Azərbaycanda sabiq nazir dünyasını dəyişdi - Foto


Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Qafqazinfo" məlumat yayıb. Bildirilib ki, o, 81 yaşında dünyasını dəyişib.

Mərhum sabah Gəncədə torpağa tapşırılacaq.

Qeyd edək ki, Abdullayev Müzamil İmran oğlu 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top