
İtaliyanın Səhiyyə Nazirliyi ölkədə 70-dən çox meymunçiçəyinə yoluxma halının müəyyən edildiyini açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərin Profilaktikası Departamentinin rəhbəri Covanni Rezza bildirib. Onun sözlərinə görə, xəstəliyin əlamətləri iki-üç həftə ərzində özünü göstərir.
Qeyd edək ki, meymunçiçəyinin əsas simptomları səpgi və bəzi hallarda qızdırma, əzələ ağrısı və yorğunluqdur.