Conson Zelenskiyə kömək təklif etdi – Foto + Yenilənib


Böyük Britaniya hökumətinin başçısı Boris Conson Kiyevə səfəri zamanı Ukrayna hərbçilərinin Avropa ölkələri ərazisində təlim keçməsi barədə kömək təklif edib. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Baş nazirin ofisinin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Britaniya tərəfi hər dörd aydan bir 10 minə qədər ukraynalı əsgərə təlim keçə bilər. Conson Zelenskiyə həmçinin bildirib ki, Böyük Britaniya Ukraynaya sülh uğrunda döyüşdə qalib gəlmələri üçün lazım köməkliyi göstərib, müharibədə inqilab edəcək irəliləyiş proqramına dəstək ola bilər.

***19:02
İngiltərənin Baş naziri Boris Conson Ukraynaya səfər edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın Prezidenti Volodimir Zelenski paylaşım edib.
“Bu, Boris Consonun Rusiyanın ərazimizə genişmiqyaslı müdaxiləsi başlayandan bəri Kiyevə ikinci səfəridir. Bizim Ukraynanın qələbəsinə doğru gedən hərəkata ümumi baxışımız var. Mən güclü dəstəyə görə minnətdaram!”-deyə o qeyd edib.
Xatırladaq ki, Boris Conson bir müddət əvvəl də Kiyevə səfər etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top