Mingəçevirdə səhiyyə işçilərinin peşə bayramı qeyd olunub


Hər il olduğu kimi bu il də Mingəçevirin səhiyyə işçiləri öz peşə bayramlarını təntənə ilə qeyd ediblər.
Yeniavaz.com
xəbər verir ki, Şəhər Mərkəzi Xəstəxanası publik-hüquqi şəxsinin rəhbərliyi ilə kollektiv bu ilki bayram tədbirinə yüksək nailiyyətlərlə gəliblər.
Mərkəzi xəstəxananın akt zalına toplaşmış həkimləri, tibb bacılarını, tibbi personalları və tədbirə dəvət olunmuş qonaqları salamlayan publik-hüquqi şəxsin direktoru Əbdülqadir Sultanov bildirib ki, kollektivin əməyi İcbari Tibbi Sığorta Agentliyi tərəfindən yüksək dəyərləndirilərək ön cərgədə qiymətləndirilib. O, peşə bayramları münasibəti ilə bütün səhiyyə işçilərini təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb.
Tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov insanların sağlamlıqlarının qorunmasında xüsusi xidmətləri olan səhiyyə işçilərini salamlayaraq peşə bayramlarını təbrik edib, onlara ən xoş arzularını bildirib. Azərbaycanda səhiyyə işçilərinin əməyinin yüksək qiymətləndirildiyini dilə gətirib. Ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə səhiyyəmizin maddi-texniki bazasının yeniləndiyini, müasir tələblərə cavab verən tibbi avadanlıqların ölkəmizə gətirildiyini, yeni tibbi korpusların tikilərək istifadəyə verildiyini diqqətə çatdırıb.
İcra başçısı Mingəçevir səhiyəsini, həkimlərin uğurlu işlərindən də söz açıb. Xüsusən çətin anlarda - pandemiya dövründə fəallıq göstərən həkimlərə, tibb işçilərinə təşəkkürünü bildirib. Şəhər mərkəzi xəstəxanası publik-hüquqi şəxsin direktorunun təqdimatı ilə dörd nəfər tibb işçisinə - Vəfa Məmmədova, Sədaqət Səmədova, Mələk Qafarova və Maya Həsənovaya Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının Fəxri fərmanı təqdim edilib.
Tədbirdə şəhər mərkəzi xəstəxanası publik-hüquqi şəxsin həmkarlar ittifaqı komitəsinin sədri Allahverdi Alıyev çıxış edərək işdə fərqlənən səhiyyə işçilərini fəxri fərmanlarla təltif edib.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top