“Eurovision” gələn il Ukraynada keçirilməyəcək


Avropa Yayım İttifaqı 2023-cü ildə “Eurovision” mahnı müsabiqəsinin Ukraynada keçirilməməsinə qərar verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.
Təşkilatçılar yarışın orada keçirilməsi imkanlarını müzakirə etmək üçün Böyük Britaniyaya müraciət ediblər, çünki bu ölkənin nümayəndəsi ikinci yeri tutub.
Qeyd edək ki, bu il mayın 14-də İtaliyanın Turin şəhərində keçirilən müsabiqədə Ukrayna təmsilçisi “Kalush Orchestra” qalib olub.

DİGƏR XƏBƏRLƏR

Top