Ermənistanda general-mayor saxlanıldı


Ermənistan Silahlı Qüvvələrinin Raket Qoşunları və Artilleriya İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan cinayət işi üzrə saxlanılıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
İstintaq müəyyən edib ki, Armen Arutyunyan seçim komissiyasının sədri kimi Müdafiə Nazirliyi ilə erməni şirkətlərindən biri arasında razılaşmaya uyğun gəlməyən əmlakın qəbulunda iştirak edib. Beləliklə, o, təchizatçı şirkətin direktoru və sahibinin maraqlarından çıxış edib.
Arutyunyan xüsusilə böyük miqyasda mənimsəmədə şübhəli bilinir. Xüsusilə, onun köməyi ilə kifayət qədər yüksək taktiki-texniki xüsusiyyətlərə malik olmayan Çexiya istehsalı olan artilleriya mərmilərinin tədarükçüsü şirkətə 523 milyon 89 min dram (1 milyon 83 min dollar) ödənilib.
Bundan başqa məlum olub ki, mərmilərin zəif xüsusiyyətləri 44 günlük müharibə zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinə mane olub.
Həmçinin tədarükçü şirkətin sahibinə və onun direktoruna qarşı da ittihamlar irəli sürülüb.
İstintaq davam edir. Cinayət sxeminin qalan iştirakçılarının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. 

DİGƏR XƏBƏRLƏR

Top