Azərbaycanda maliyyə hesabatını açıqlamayan siyasi partiyaların siyahısı


Azərbaycanda dövlət qeydiyyatından keçən 58 siyası partiyadan 10-u ötən il üçün maliyyə hesabatını vaxtında təqdim etməyib.
Yeniavaz.com
xəbər verir ki, siyasi partiyalar illik maliyyə hesabatlarını növbəti ilin mart ayının 31-nə kimi təqdim etməli olduqları halda bu günə kimi təqdim etməyiblər.
Maliyyə hesabatı açıqlanmayan 10 siyasi partiyanın adlarını təqdim edirik:
1. Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası
2. Müstəqil Azərbaycan Partiyası
3. Azərbaycan Milli Dövlətçilik Partiyası
4. Azərbaycan Vətənpərvərlər Partiyası
5. Azərbaycan Xalq Cəbhəsi Partiyası
6. Azərbaycan Vahid Kommunist Partiyası
7. Sosial Ədalət Partiyası
8. Azadlıq Partiyası
9. Haqq Ədalət Partiyası
10. Azərbaycan Yüksəliş Partiyası
Məlumat üçün bildirək ki, maliyyə hesabatı təqdim etməyən partiyalardan 2-si - Haqq Ədalət Partiyası və Azərbaycan Yüksəliş Partiyası ötən ilin oktyabr ayının 15-də dövlət qeydiyyatına alınıblar.
Maliyyə hesabatı təqdim edən 48 partiyadan 9-u Milli Məclisdə təmsil olunduqları üçün onlara dövlət büdcəsindən maliyyə ayrılıb.
Xatırladaq ki, Azərbaycanda dövlət qeydiyyatından keçən ilk siyasi partiya Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) hesab olunur. Bu partiya 17 iyul 1992-ci ildə dövlət qeydiyyatına alınıb.
Bu günə kimi Azərbaycanda ümumilikdə 66 siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib. Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul edilib:
- Azərbaycan Demokratik Sahibkarlar Partiyası
- Milli Qurtuluş Partiyası
- Azərbaycan Xalq Demokratik Partiyası
- Azərbaycan Milli Hərəkat Partiyası
- Azərbaycan Kəndli Partiyası
- Azərbaycan Yurddaş Partiyası
Bunlardan başqa bu günə kimi 2 siyasi partiyanın - Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı ləğv olunub.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top